SON DƏQİQƏ
» » Lisey və gimnaziyalara sənədlərin qəbuluna başlanılır

Lisey və gimnaziyalara sənədlərin qəbuluna başlanılır

Tarix:

7-08-2023, 09:36

/ 1 547 dəfə oxundu.
Lisey və gimnaziyalara sənədlərin qəbuluna başlanılır

Bu gündən lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbuluna başlanılır.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini avqustun 7-si saat 15:00-dan avqustun 17-si saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.

Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant olaraq təqdim edilir.

Qeyd edək ki, şagirdin sənədləri təhvil alınarkən valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin əvvəl təhsil aldığı məktəbə təqdim etməlidir.

Bu ərizə şagirdin əvvəl təhsil aldığı məktəbin modulundan da əldə edilə bilər.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ