SON DƏQİQƏ

Məktəbli geyimi ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix:

3-08-2023, 11:02

/ 1 663 dəfə oxundu.
Məktəbli geyimi ilə bağlı RƏSMİ AÇIQLAMA

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.

Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.

“Övladınızın təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərsiniz. Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməyiniz tövsiyə olunur”, - məlumatda qeyd olunur.
скачать dle 12.1

Şərhlər