SON DƏQİQƏ

Bu imtahanların vaxtı dəyişdirildi

Tarix:

31-07-2023, 13:57

/ 1 613 dəfə oxundu.
Bu imtahanların vaxtı dəyişdirildi

Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişib.

Bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşə tanınması üzrə imtahanda iştirak edəcək xarici ölkələrdə ali təhsil almış şəxslərə müraciət edib.

Qeyd olunub ki, iyulun 29-da müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün nəzərdə tutulan peşə tanınması üzrə imtahan texniki səbəblərdən Dövlət İmtahan Mərkəzi tərəfindən 1 avqust 2023-cü il tarixinə keçirilib.

İmtahanlar müvafiq ixtisaslar üzrə saat 11:00 və 14:00-da baş tutacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ