SON DƏQİQƏ

Daha bir neçə ailə Laçına köçürülüb

Tarix:

28-07-2023, 08:26

/ 3 094 dəfə oxundu.
Daha bir neçə ailə Laçına köçürülüb

Daha bir neçə ailə Laçına yola salınıb.

Bu gün daha 56 nəfərdən ibarət 16 ailə doğma yurduna geri dönür.

Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçında vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçında 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ