SON DƏQİQƏ
» » Hansı müəllimlər 3 il sertifikatlaşdırmadan keçməyəcəklər?

Hansı müəllimlər 3 il sertifikatlaşdırmadan keçməyəcəklər?

Tarix:

24-07-2023, 15:24

/ 1 632 dəfə oxundu.
Hansı müəllimlər 3 il sertifikatlaşdırmadan keçməyəcəklər?

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməyəcəkləri müddət azaldılıb.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifikatlaşdırmadan keçməyiblər. Dəyişikliyə əsasən, bu müddət 5 ildən 3 ilə endirilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ