SON DƏQİQƏ
» » Ölkədə beş ayda doğulan əkiz, üçəm və dördəmlərin sayı AÇIQLANDI

Ölkədə beş ayda doğulan əkiz, üçəm və dördəmlərin sayı AÇIQLANDI

Tarix:

13-07-2023, 13:40

/ 1 494 dəfə oxundu.
Ölkədə beş ayda doğulan əkiz, üçəm və dördəmlərin sayı AÇIQLANDI

Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 46 544 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,0-dan 11,1-ə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub.

Doğulan körpələrdən 1360-ı əkiz, 72-si üçəm, 4-ü isə dördəm olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ