SON DƏQİQƏ

Azərbaycanda 400 məktəbin direktoru yoxdur

Tarix:

5-07-2023, 11:59

/ 2 487 dəfə oxundu.
Azərbaycanda 400 məktəbin direktoru yoxdur

"İndiyə qədər işə qəbul imtahanlarında işirak edən 10 minə yaxın namizəddən 2000-ə yaxını bu vəzifəyə təyin olunub”.
GunAz.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
E.Bağırov qeyd edib ki, iyulun 6-da şagird sayı 500-dən çox olan məktəblərə direktorların işə qəbulu üzrə test imtahanı keçiriləcək:
"Bu mərhələdən uğurla keçən namizədlər müsahibəyə buraxılacaq. Proses yeni tədris ilinin əvvəlinə kimi yekunlaşacaq”.
Şöbə müdiri əlavə edib ki, şagird sayı 500-dən az olan məktəblərə direktorlar təyinatı üçün namizədlərin test imtahanı mərhələsi artıq yekunlaşıb: "Keçid balları müəyyən olunub, növbəti həftələrdə yerli idarəetmə orqanları tərəfindən müsahibə mərhələsi həyata keçiriləcək. Hazırda Azərbaycanda 400 məktəbdə direktor vəzifəsi boşdur”. Qafqazinfo.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ