SON DƏQİQƏ
» » 9 illik bazadan kolleclərin qabiliyyət tələb edən ixtisaslarına imtahan qrafiki açıqlandı

9 illik bazadan kolleclərin qabiliyyət tələb edən ixtisaslarına imtahan qrafiki açıqlandı

Tarix:

16-06-2023, 17:11

/ 1 647 dəfə oxundu.
9 illik bazadan kolleclərin qabiliyyət tələb edən ixtisaslarına imtahan qrafiki açıqlandı

Qabiliyyət tələb edən ixtisaslar üzrə ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul üçün imtahanların qrafiki açıqlanıb.

Bakı, Sumqayıt və Şamaxı şəhərlərində yerləşən kolleclərə qəbul olmaq üçün musiqi sənəti və təsviri sənət istiqamətləri üzrə qabiliyyət imtahanı komissiyalarından qeydiyyatdan keçən abituriyentlər ”İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Qeyd edilən şəhərlərdə yerləşən kolleclərə qəbul üçün qabiliyyət imtahanları Bakı şəhərində keçiriləcək. Musiqi sənəti istiqaməti üzrə imtahanlar 6, 7 və 10 iyulda Bülbül adına orta ixtisas musiqi məktəbində, Təsviri sənət istiqaməti üzrə imtahanlar isə 8-10 iyulda 167 saylı tam orta məktəbdə keçiriləcək.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi”ndə göstərilən tarixdə və saatda ünvanı qeyd olunmuş imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent imtahana buraxılış vərəqəsi və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər).

Musiqi sənəti istiqaməti üzrə imtahana gələn abituriyentlər digər sənədlərlə yanaşı proqram formasını da çap edərək gətirməlidirlər.

İmtahanların qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ