SON DƏQİQƏ
» » Baş Prokurorluğa yeni səlahiyyət verildi - Sərəncam

Baş Prokurorluğa yeni səlahiyyət verildi - Sərəncam

Tarix:

14-06-2023, 16:08

/ 1 591 dəfə oxundu.
Baş Prokurorluğa yeni səlahiyyət verildi - Sərəncam

Baş Prokurorluğa yeni səlahiyyət verilib.

Prezident İlham Əliyev bununla bağlı "Hüquqi yardım haqqında ərizələrin təqdim olunması barədə” Avropa Sazişi üzrə əlaqələndirici orqanın, "Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında” Avropa Konvensiyası üzrə səlahiyyətli orqanın və "Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyası üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 754 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla 1983-cü il noyabrın 24-də Strastburq şəhərində imzalanmış "Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında" Avropa Konvensiyasının Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədilə mərkəzi orqan - Azərbaycan Respublikasının Baş Prokurorluğu müəyyən edilib.

Əvvəllər bu səlahiyyət Ədliyyə Nazirliyinə məxsus idi.
скачать dle 12.1

Şərhlər