SON DƏQİQƏ
» » Bu gün Azərbaycan məktəblərində "Son Zəng" çalınır

Bu gün Azərbaycan məktəblərində "Son Zəng" çalınır

Tarix:

14-06-2023, 08:00

/ 2 878 dəfə oxundu.
Bu gün Azərbaycan məktəblərində "Son Zəng" çalınır

Bu gün Azərbaycanda "Son zəng” günü qeyd edilir.

Tədbir hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.

Bununla bağlı Elm və Təhsil Nazirliyi məktəblərə müvafiq tapşırıqlar verib. "Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər. "Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.

 

 

2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100 084, digər qurumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrində 727 nəfər məzun olacaq

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ