SON DƏQİQƏ
» » Bakıda skuterlər yığışdırılır? – Rəsmi

Bakıda skuterlər yığışdırılır? – Rəsmi

Tarix:

2-06-2023, 17:11

/ 1 527 dəfə oxundu.
Bakıda skuterlər yığışdırılır? – Rəsmi

Bakıda skuter icarəsi mobil tətbiqləri fəaliyyətlərini müvəqqəti dayandırdığı barədə bildirişlər göndərir.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Trend-ə açıqlamasında skuterləri idarə edənlərin də digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıdığını və qaydaları pozduqları təqdirdə cərimələndiklərini bildirib.

"Skuterlər mopedlərlə oxşar xüsusiyyətləri olduğu üçün onlar "Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulan vəzifə və hüquqlara sahibdir. Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələri idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə, yəni İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən isə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub", - deyə o qeyd edib//axar.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ