SON DƏQİQƏ
» » Prezidentdən DİN-lə bağlı 1 sərəncam, 1 fərman

Prezidentdən DİN-lə bağlı 1 sərəncam, 1 fərman

Tarix:

2-06-2023, 16:09

/ 1 677 dəfə oxundu.
Prezidentdən DİN-lə bağlı 1 sərəncam, 1 fərman

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi”ndə dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi”ndə dəyişikliklər təsdiq edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ