SON DƏQİQƏ
» » BDU-nun SABAH qruplarında daha 9 ixtisas açılacaq

BDU-nun SABAH qruplarında daha 9 ixtisas açılacaq

Tarix:

30-05-2023, 18:14

/ 1 660 dəfə oxundu.
BDU-nun SABAH qruplarında daha 9 ixtisas açılacaq

2023-2024-cü tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında 9 yeni ixtisas və ixtisaslaşma açılacaq.

Bu barədə ali təhsil müəssisəsindən bildirilib.

SABAH qruplarında bakalavriat səviyyəsində mövcud 9 ixtisasdan əlavə 3 yeni ixtisasa (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Biotexnologiya, Torpaqşünaslıq və aqrokimya) qəbul elan olunub.

2023-2024-cü tədris ilindən bakalavriat səviyyəsi üzrə qəbul elan edilmiş ixtisaslar aşağıdakılardır:

1. Biologiya müəllimliyi (mövcud)
2. Coğrafiya müəllimliyi (mövcud)
3. Fizika müəllimliyi (mövcud)
4. Hüquqşünaslıq (mövcud)
5. Kimya müəllimliyi (mövcud)
6. Kompüter elmləri (mövcud)
7. Psixologiya (mövcud)
8. Riyaziyyat müəllimliyi (mövcud)
9. Tarix müəllimliyi (mövcud)
10. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (yeni)
11. Biotexnologiya (yeni)
12. Torpaqşünaslıq və aqrokimya (yeni)

SABAH qruplarında magistratura səviyyəsi üzrə 2023-2024-cü tədris ilindən 6 yeni ixtisaslaşmaya qəbul elan olunub.

SABAH qruplarının yeni tədris ilindən magistratura səviyyəsi üzrə qəbul elan edilmiş ixtisaslaşmaları aşağıdakılardır:

1. Jurnalistika (mövcud)
2. Kompüter elmləri və texnologiyaları (mövcud)
3. Ehtimal nəzəriyyəsi və statistika (yeni)
4. Əməliyyatlar tədqiqi və sistemli təhlil (yeni)
5. Optimallaşdırma və optimal idarəetmə (yeni)
6. Nanohissəciklər fizikası (yeni)
7. Kimyəvi kinetika və kataliz (yeni)
8. Molekulyar biologiya (yeni)//metbuat.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ