SON DƏQİQƏ

İsrail prezidenti Azərbaycana gəldi

Tarix:

30-05-2023, 10:32

/ 1 577 dəfə oxundu.
İsrail prezidenti Azərbaycana gəldi

İsrail Prezidenti İshaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İsrail Prezidenti İshaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar//axar.az
скачать dle 12.1

Şərhlər