SON DƏQİQƏ

YALANÇININ LAP ...

Tarix:

27-05-2023, 12:23

/ 5 027 dəfə oxundu.
YALANÇININ  LAP ...

BELƏ-BELƏ İŞLƏR
Hidayət ELVÜSAL
Türkiyədə prezident seçkilərinin ikinci turuna az qalıb . Bu gərgin günlər çox sifətləri açıb göstərdi . Türkiyədə antiazərbaycan mövqelərini gizlətməyən "media triosu" -- Mərdan Yanardağ , Fatih Portağal və ...asqıran ( bildiniz də ) kukla Nagəhan Alçı başlarından böyük danışırlar . Güya Azərbaycandan Sinan Oğana deyiblər ki , Erdoğanın tərəfində ol . Amma qanmırlar ki , Azərbaycan Türkiyənin daxili işlərinə qarışmaz və qarışmır .
Ən çox da Qarabağ işğal altında olan zaman tumanını ( yəni donunu ) başına atıb erməni qardaş-bacısı ilə öpüşüb-görüşməyə gələn Nagəhan arvad bunu tez-tez söyləyir . O Nagəhan ki , FETÖ- nun "Asiya" bankından 5.000.000. dollar mükafat-kredit almışdı . O Nagəhan ki , adını qara siyahıya salmışdıq . Nə isə ,bu barədə sonra .
Azərbaycan adı gələndə bu "troyka"dakılar ermənilərdən bətər cırılırlar , partlayırlar .
Həə, onu deyirdim axı, az qala yadımdan çıxmışdı indi bu trio-troyka deyir Azərbaycandan zəng edib , Sinan Oğana belə bir tapşırıq veriblər , Erdoğanın tərəfində ol . Sinan da mədəni adamdır , cavabı da mədəni olur , amma Keştəkli Əşrəfin ürəyindən tikan çıxarmır Odur ki , Əşşrəf kişi üzünü o Pajardağa , Patatesə və Alçiyə ( aşıq-aşıq oynayanlar "alçi" sözünü bilirlər , həm də düz danışmayanların adını bax elə belə yazarlar ) deyib :
-- Yalançının lap...
Nagəhana ləzzət eləyib...
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ