SON DƏQİQƏ

Müstəqilliyimizin ŞƏHİDLƏRİ

Tarix:

26-05-2023, 22:31

/ 3 193 dəfə oxundu.
Müstəqilliyimizin ŞƏHİDLƏRİ

  Günel Əhmədqızı
Şəhidlik zirvəsi elə bir zirvədi ki, o zirvəyə, o məqama hər adam çata bilməz. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Bizim üçün din, vətən, torpaq, şərəf kimi anlayışlar müqəddəsdir və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək heç çəkinmədən müharibə edər. 1990-cı ilin qanlı 20 Yanvar gecəsində, vətənimizin müstəqilliyi uğrunda gedən döyüşlərdə xalqımızın yüzlərlə igid övladı şəhidlik zirvəsinə yüksəlmişdir. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz haqqında atalar sözləri də əlavə etmək olar:
"Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək”. "Şəhidlər ölməz, vətən bölünməz”, "Döyüş meydanında can versə insan  xoşdur, namərdliklə qoyub qaçmaqdan”.
Şəhidlərimiz millətimiz üçün, Vətənimiz üçün və şəhidlər öz ailəsi üçün, torpaqlarımız üçün canlarını fəda etdilər. Şəhidlik 20 yanvar faciəsindən başladı. Hansı ki xalqımız müstəqilliyi azadlığı uğrunda ayağa qalxmışdı. Bu azadlığı boğmaq üçün Rusiya öz ordusunu xalqımızın üstünə yeritdi. Minlərlə əliyalın insanlarımız tankların tırtırları altında qaldı. Məhs bundan sonra rusların bu fəallığından istifadə edən erməni daşnaqları Qarabağ istəyilə ayağa qalxdılar. 
Yüksək bir mərtəbə olan şəhidlik müsəlmanın ölümü ilə ibadət etməsidir. Şəhidlik əsasən cihad kimi müqəddəs bir əməlin, ibadətin məhsuludur. Şəhidliyin əsas mənası müsəlmanın canını Allah yolunda fəda etməsidir. Belə ki bir ayədə Uca Allah buyurur;- Allah yolunda öldürülənlərə, şəhid olanlara ölü deməyin. Onlar Allah dərgahında diridirlər. Lakin siz bunu dərk etmirsiniz. 
 XX əsrin 80-ci illərinin sonları 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. 30 il torpaqlarımız erməni vandallarının işğalı altında qaldı. 2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdular. Törətdikləri hərbi təxribat nəticəsində mülki şəxslər və hərbiçilər arasında ölən və yaralalanlar oldu. Bütün xalq müharibə yolu ilə torpaqlarımızın azadlığını istədi.  Və haqq savaşı uğrunda mübarizəyə qalxdı... 
Uzun illərdir mənfur düşmənimiz olan Erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması üçün şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-də Vətən müharibəsinə başladı. 44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. "Qarabağ Azərbaycandır!” deyərək başladığımız Vətən müharibəsi, İkinci Qarabağ savaşı zamanı Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi. Bu birlik, həmrəylik, Ali Baş Komandanın iradəsi, qətiyyətli, ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində böyük tarixi Qələbə qazandı. Və bu Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bir daha göstərdi. Bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşakarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnatdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır....  
Biz şəhidlərimizin qanı ilə yuyulan bu torpaqda yaşayırıq. Bu gün biz bu torpaqlarda sərbəst hərəkət edib xoşbəxt bir şəkildə yaşayırıqsa, bizlər üçün ölümə qorxusuz getmiş şəhidlərimizin sayəsindədir. Bəzi xalqların tarixlərinə nəzər saldıqda onların yüz illər boyu həmişə əsarətdə olduqlarını görür və oxuyuruq. Bizim kimi millətlərə zidd olan bu vəziyyət çox maraqlıdır. Yüz illərdir əsarətdə olan, düşmənin zəifləyəcəyini və daim başqa bir güc tərəfindən qovulmasını gözləyən, mandat və himayə altına alınan ölkələrin olduğunu görmək insanı kədərləndirir. Təbii ki, biz bəşəriyyətin sonsuz gülünc ambisiyaları ucbatından aparılan müharibələri müdafiə etmirik, amma vətən təhlükədədirsə və vətəni müdafiə etmək lazımdırsa, bu bir həqiqətdir ki, gözə -göz, dişə-dişə mübarizə aparmaq lazımdır. Böyüməkdə olan nəslin təlim-tərbiyə aldığı bir çox məktəbin adı şəhidlərimizin adını daşıyır. Onlarca küçə, park şəhid bacı və qardaşlarımızın adını daşıyır, yolların kənarlarında, məhəllələrdə, gediş-gəliş gur olan yerlərdə onların xatirəsinə ehsan bulaqları tikilib, gənc ailələrdə yurdumuzun neçə-neçə neçə Çingizi, Əlifi, Koroğlusu, Azəri, Mübarizi böyüyür....  
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ