SON DƏQİQƏ

ÖZÜNÜZƏ İNANIN !

Tarix:

22-05-2023, 10:31

/ 3 720 dəfə oxundu.
ÖZÜNÜZƏ İNANIN !

 

Gülnaz Abdullayeva

Özünəinam əhəmiyyətli,fərdi bir hissdir.İnam hissi bizə həyatda problemlərlə mübarizə aparmağı öyrədir və çətinliklərlə rastlaşanda sınmamağımızı,əyilməməyimizi tövsiyyə edir.Özünəinam hissi həyat prosesində çətinliklərə sinə gərib xosbəxt olmagin yollarinı sənə göstərir. Özünəinam insana güc verir, onun enerjisini artırır daha çox səy göstərməsinə səbəb olur.
Müvəffəqiyyətlərin ilham mənbəyi məhz özünəinamdir. Özünə inanan hər bir şəxs uğurları ilə qürur duyur və onlardan böyük zövq alır. İnsanın özünəinam hissinin formalaşmasında ailənin, müəllimlərin, qohumların, dostların böyük rolu vardır. Onların dediyi "sən bunu bacararsan" kəlməsi insana stimul verir. Onu ruhlandırır və çətin işlərin öhdəsindən asanlıqla gəlməyə sövq edir. Amma həmişə belə olmur. Bəzən birinin dediyi "çətin məsələdir, sənin üçün çətin olacaq, çox ağır yük götürmüsən" sözləri insanı ruhdan sala bilər. Belə vaxtlar insan həvəsdən düşməməli, çalışdığı xoşməramlı işə görə inadla mübarizə aparmalıdır. 
   Özünəinam gəlib - gedən, azalıb - artan bir duyğudur. Bəzi vaxtlarda, bəzi günlərdə biz özümüzü daha etibarlı, daha güclü hesab edirik. Bəzi hallarda isə kiminsə yanında özümüzü və şəxsi keyfiyyətlərimizi az dəyərləndiririk. Belə olan halda ruhdan düşməməli, bədbinliyə qapılmamalı heç də özünü başqalarından az mükəmməl hesab etməməlisən. Həmişə fikirləş ki, sizdə elə qüvvə var ki, o qüvvə başqalarında yoxdur. Qarşınıza xeyirxah məqsəd qoyun və bu məqsədə doğru inadla irəliləyin!!!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ