Ermənistan silahlı qüvvələrinin bölmələrinin Zod istiqamətində törətdiyi təxribata cavab olaraq Ordumuzun gördüyü tədbirlər nəticəsində erməni ordusunun itkiləri artıb
Bu barədə Ermənistan MN açıqlama yayıb.
Bildirilib ki, saat 10:25-ə olan məlumata görə, yaralıların sayı 4-ə qalxıb.Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Ordumuz cavab tədbirləri görür