SON DƏQİQƏ
» » Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub

Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub

Tarix:

9-05-2023, 15:05

/ 1 629 dəfə oxundu.
Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub

Mayın 9-da Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq. Dörd mərtəbədən və zirzəmi qatından ibarət binada yerləşəcək mənzillərdən 24-ü ikiotaqlı, 6-sı isə üçotaqlıdır. Qeyd edildi ki, ərazidə qeyri-yaşayış binası da inşa olunacaq. A və B korpuslarından, həmçinin ofis binasından ibarət həmin binanın ümumi sahəsi 5745 kvadratmetr nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcək.

Sonra dövlət başçısı Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini qoydu.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ