SON DƏQİQƏ
» » Azərbaycan XİN: "Ermənistanın bəyanatı bölgədə gərginliyin artmasına gətirib çıxarır"

Azərbaycan XİN: "Ermənistanın bəyanatı bölgədə gərginliyin artmasına gətirib çıxarır"

Tarix:

24-04-2023, 12:18

/ 1 573 dəfə oxundu.
Azərbaycan XİN: "Ermənistanın bəyanatı bölgədə gərginliyin artmasına gətirib çıxarır"

Aprelin 23-də Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edirik.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis etməsi ilə əlaqədar 23 aprel tarixli bəyanatına dair şərhində bildirilib.

Vurğulanıb ki, Ermənistan tərəfinin Azərbaycanın daxili işlərinə müdaxilə edən bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, gərginliyin artmasına gətirib çıxarır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ