SON DƏQİQƏ
» » Nazir polkovnik-leytenantı hansı vəzifəyə təyin etdi?

Nazir polkovnik-leytenantı hansı vəzifəyə təyin etdi?

Tarix:

21-04-2023, 18:42

/ 1 617 dəfə oxundu.
Nazir polkovnik-leytenantı hansı vəzifəyə təyin etdi?

Daxili işlər orqanlarında yeni təyinat olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Atik Cəlilzadə vəzifədən azad edilib.

Nazirin digər əmri ilə Atik Cəlilzadə Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, A.Cəlilzadə bundan əvvəl Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Cibgirlik Cinayətlərinə qarşı Mübarizə Şöbəsinin də rəisi vəzifəsində çalışıb.
скачать dle 12.1

Şərhlər