SON DƏQİQƏ

KİMİN QƏHRAMANI KİMDİR ?!

Tarix:

17-04-2023, 09:28

/ 2 858 dəfə oxundu.
KİMİN  QƏHRAMANI  KİMDİR  ?!

BELƏ-BELƏ İŞLƏR
Ermənilərin yaşadığı qədim Azərbaycan şəhəri İrəvanda idman yarışınin təqdimatı zamanı baş verən növbəti erməni alçaqlığını hamı gördü . Kar və kor dünya da şahid oldu .
Bayrağımızı qızın əlindən oğurlayıb qaçıran çoşqa zala qayıdanda haylar onu özlərinin milli xarakterlərinə uyğun olaraq milli qəhraman kimi qarşıladılar . Yəni bir erməni olaraq başqasının mətbəxini , musiqisini , çalğı alətlərini , torpağını ...oğurlayırsansa sən qəhraman ermənisən .
Bu , ermənilərin milli anlayışı , həyat tərzi , koloriti , mənliyi , daha nə bilim nəyidir .
Bizim də qəhramanımız var . Təkbaşına erməni cəlladlarının üstünə şığıyıb , 10 -- 15 -nin leşini bel-belə yığan MÜBARİZ İBRAHİMOV kimi !
İndi çəkilin laaap...uzaqlara . Çalışın iki millətin qəhramanlıq anlayışına neytral cəhətdən baxasınız . Nə görürsünüz ?
Əlbəttə !!! Erməni qəhramanlığı ən uzağı oğurluq və nakişilikdir !
Bunu kar və kor dünya da bilir . Amma susur . Erməni kimi canlı bir bəhanə hamıya lazımdır -- rusa da , farsa da , fransıza da , soxulcana da , donuzanqurduna da , hələ desən kərtənkələyə də .
Bizim qəhramanımz isə oğuldur , kişidir , mərddir ,
M Ü B A R İ Z D İ R !!!
скачать dle 12.1

Şərhlər