
"Bu funksiya sayəsində başqası sizdən xəbərsiz hesabınızı yeni cihaza köçürməyə cəhd edərsə, xəbərdarlıq alacaqsınız”, - deyə mesencerin administrasiyasından bildirilir.
Bundan əlavə, haker hücumundan qorunmaq üçün əlavə tədbirlər barədə məlumat verilir - bu funksiya istifadəçidən heç bir hərəkət tələb etmədən avtomatik işləyəcək.
Həmçinin "WhatsApp”da "Şifrələmə” bölməsində təhlükəsizlik kodlarının yoxlanılması funksiyası olacaq. Bu, istifadəçiyə həmsöhbətlə yazışmalarının kənar müdaxilələrdən qorunduğundan əmin olmağa kömək edəcək.