SON DƏQİQƏ
» » Ermənilərin əsir düşən əsgərlərimizlə bağlı dəhşətli planı

Ermənilərin əsir düşən əsgərlərimizlə bağlı dəhşətli planı

Tarix:

14-04-2023, 08:00

/ 2 361 dəfə oxundu.
Ermənilərin əsir düşən əsgərlərimizlə bağlı dəhşətli planı

Dumanda azaraq Ermənistana keçən və ermənilər tərəfindən işgəncələrə məruz qalan əsgər Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının mühafizəsinin qətlində ittiham olunur.

Ermənilər iddia edirlər ki, qətlə yetirilən mühafizəçi Hayrapet Meliksetyanın telefonu azərbaycanlı əsgərin cibində tapılıb, daha sonra əsgərimizə qətli törətdiyi "etiraf” etdirilir.

"Aravot” nəşri isə bu iddianı təkzib edən məlumat yayıb. Nəşr yazır ki, qətlə yetirilən mühafizəçinin telefonu iş yerindən uzaqda – Xotanan qəsəbəsində, magistral yolun yaxınlığında tapılıb. Nəşrin bu məlumatı əsgərimizlə bağlı iddiaya uyğun gəlmədiyi üçün dərhal digər erməni media resursları tərəfindən "feyk nyus” olaraq tirajlanıb. Lakin bu informasiya azərbaycanlı əsgərin "qətl törətdiyi” iddiasının erməni mənbəsi tərəfindən təkzibi deməkdir.

Ermənistanın məqsədi əsgər Hüseyn Axundovu qətl ittihamı ilə həbs etmək, müharibədən sonra Qarabağda saxlanılan və Bakıda həbsdə olan ermənilərlə dəyişdirməkdir

скачать dle 12.1

Şərhlər