SON DƏQİQƏ

MÖVQE

Tarix:

12-04-2023, 21:12

/ 3 092 dəfə oxundu.
MÖVQE

Sadıq Qarayev
Qapıçı çox irəli çıxanda topu başının üstündən qapıya atırlar.
Vaxtında irəli çıxmayanda da qol olur...

Bizim azarkeşlər futbol komandalarımızda bu halları çox müşahidə ediblər. Vaxtında və düzgün mövqe seçə bilməmək qapını qoruya bilməməkdi. Hələ bir də var mərkzdən topu götürüb, ğeri oynaya- oynaya, gətirib öz qapçına ötürmə edəsən. Heç cür hücum, irəli getmək mövqeyi tuta bilməyəsən.
Mövqesizlik təkcə futbolda yox, hərbidə, insan həyatında, cismində, ruhunda uduzmaq deməkdir.
Düzgün mövqe tutmaq üçün əvvəlcə onu dərk etmək, sonra cəsarət və hərəkət lazımdır.
Bəlkə də xəstəliklərin çoxu orqanizmin, orqanların düzgün mövqe tuta bilməməsi, məsələn, mədənin hər cür ot-əlafı qəbul etməsi, gözün hər yerə baxması, qulağın "cütlənməsi" səbəbindən ola bilər.
Ruhun uduzması, naxoş olması da sinir sisteminin, düyün və yollarının düzgün mövqe tuta bilməməsindən ola bilər..
Ruhən mövqesizlik ölü kimi bir şeydi.
Ölülərin mövqeyi olmur, ruh aləminin genişliyində mövqe lazım olmur.
İnsanın özü, ailəsi, xalqı, dövləti, ALLAHI qarşısında aydın, heç olmasa bulanıq mövqeyi olmalıdır. Axı mövqesizlik ölümdür. Sən mövcudsansa, müəyyən məkanda, mövqedəsən.
Diri ölülər-mövqesizlər ikrah doğrur, iyrəncdilər, vicdan və ruhları vaxtında yerindən tərpənmədiyi üçün, qol yemiş, uduzmuşlar.
Siz təsəvvür edin, dünən 3 şəhidimiz olur, insanın vecinə olmur, ümumiyyətlə maraqlanmır.
Və ya yeyir-yeyir, içir,  bir dəfə düşünmür ki, Somalidə ac- suz uşaqlar var.. ətrafda oruc insanlar var. Bəlkə bu adam öz mövqeyini də basıb yemişdir.
İllərini, gəncliyini, piraniliyini, yazını, qışını keçirdiyi təşkilat dağılır, vecinə olmur, mövqeyini görə bilmir, görəndə də sürünür, sürünür, ora çata bilmir. Çatanda da sürüşür, orda dayana bilmir.
Öz hasarının içində 1000 m xərcləyir, qonşularla birgə iş üçn 20m - a bəhanə gətrir. Demək ictimai mövqe yoxdu, darvazasından qırağa çıxa bilmir.
Qalaq- qalaq kitab yaz, söz danış, elmi məqalə yaz, mövqeyin yoxdusa, hamısı yalan- palandı. Axı sən ölüsən, həqiqəti necə görə bilərsən? 0- dan 1-ə gəlmək olar? 0 yoxluq, 1 həqiqətdir. Bilinməyən , olmayan nöqtədən bəlli nöqtəyə, həqiqətə gəlmək mükün deyil.
Mövqesiz insan ya irəli çıxıb, ya geridə qalmış, öz- özünə qol vurmuş, insandı.
Ondan nə özünə "Mən", nə də vətəndaş, bəndə olmaz.
Səmavi dinlərin, bəşəri dəyərlərin İnsandan istədiyi mövqedir. Yəni diri, insan ola bilməkdir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ