SON DƏQİQƏ

Görəsən vədlərə alışmaq çox çəkir?

Tarix:

29-03-2023, 11:40

/ 3 861 dəfə oxundu.
Görəsən vədlərə alışmaq çox çəkir?

Ədib İSAOĞLU
    İsa baba deyirdi Dərələyəz mahalında Həsən adlı bir kişi var idi və bu Həsənin doqquz qız uşağı var idi. Ərlə arvad oğul, qızlarsa qardaş həsrəti çəkirdilər. Həsənin xanımıda onuncu uşağa hamiləydi. Vaxt gəlib vədə yetişəndə Həsən əminin bütün qonşuları bağrışa-bağrışa Həsən əmini qəfədə yaxalayıb nəmər istəyirlər:
    -Əmi muştuluq, bir oğlun oldu.
Həsən əmi sevinmək əvəzinə qüssəyə bürünür. Qəfədəkilər bu görünüşə təccüblənib soruşurlar:
    -Nə oldu a kişi, niyə sevinmədin?
    -A, kişilər bunun nəyinə sevinim yenə o, qız uşaqlarının dilini-donunu bilirdik necə saxlamaq lazımdır. İndi biz bu oğlan uşağnı böyüdənə qədər bizimki bizə dəyər.
Bu məsəli çəkməklə Naxçıvanda olan hadisələrə toxunmaq istəmirəm ha, elə-beləcənə yazdım. Əşi, birdə bu dəli şeytan girir adamın qəlbinə ki, niyə toxunmayaq axı, elə toxunsaq yaxşıdır. 
Hə mənim əzizlərim bir neçə ay bundan əzələ deyirdiniz ki, Vasif Talıbov Naxçıvanı öz üsul idarəsiylə idarə edir, insanları istismarlaşdırır, sahibkarlara imkan şərait yaratmır. Bə görəsən bu bir neçə aya Naxçıvanda demokratlığa doğru nə dəyişdi? Deyəsən heç nə. Yox-yox nahaq yazmaq olmaz iki "müsbət qanun" qüvvəyə mindi. Biri çayxanaların açılması, digəridə o çayxanalarda domino oynanması "i visyo" cənablar.
Ay dövlətimin baş bilənləri çayxana açıb domino oynatmaq iş yeri deyil. Burda bir nəfər qazanır o da çayxana sahibidir. Əsas odur ki, sahibkarlara diqqət yetirəsiniz. Onlarla istehsalatçı sahibkar dəfələrlə icra aparatlarına, ali məclisə torpaq və ya yer almaq üçün müraciət etsələrdə, ya laqeyid ya da vədlərlə yola salırsınız. Etməyin, eləməyin cənablar. On istehsalçı sahibkarın yanında on nəfər işləsə, bu yüz nəfərin işlə təmin olunmasıdır. Açın gömrüyü sahibkar və əkinçilərin üzünə. Əkinçi Türkiyədən 20 manata aldığı dərman və toxumu burda 60 manata alır. Ən azından Talıbovun vaxtında gömrük əkinçinin üzünə açıq idi, sahibkar bu qədər get gələ salınmırdı. Qısaca olaraq ya hə ya da yox cavabı verilirdi. Rəhmətlik İsa baba deməli sizlər isə, nə minirsiniz nədə düşürsünüz.  Həə ay Həsən əmi elə bizdə sənin vəziyyətindəyik hələ xamıq.. Görəsən vədlərə alışmaq çox çəkir?
скачать dle 12.1

Şərhlər