SON DƏQİQƏ
» » Quru sərhədlərin açılmamasının səbəbi nədir?

Quru sərhədlərin açılmamasının səbəbi nədir?

Tarix:

28-03-2023, 14:10

/ 1 458 dəfə oxundu.
Quru sərhədlərin açılmamasının səbəbi nədir?

Ötən gün ləğv olunan məhdudiyyətlər arasında quru sərhədlərin açılması haqda qərarın niyə olmadığını açıqlamaq mənim üçün də çətindir. Quru sərhədlərin bu qədər müddət bağlı qalması vətəndaşlar arasında xüsusi narahatlığa səbəb olur. Həm də turizmin inkişafına təsir göstərir.

Bu sözləri millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili vurğulayıb ki, quru sərhədlərin bağlı olduğuna görə təyyarə biletləri bahadır, bu isə Azərbaycan vətəndaşlarına, xüsusilə də tələbələrə çox böyük əziyyət verir:

"Quru sərhədləri açmayıb, təyyarə biletinin qiymətini endirməməkdə sanki israr edirlər. Hər halda koronavirusla bağlı risklər dünyanın əksər ölkələrində xeyli azalıb və sərhədlər açılıb.

Düşünülməlidir ki, bu qərarlardan ən çox zərər çəkən Azərbaycan vətəndaşlarıdır. Əgər ölkənin təhlükəsizliyi ilə bağlı hansısa problemlər varsa, bu, incə üslubda cəmiyyətə izah olunmalıdır. Belə olmadıqda isə cəmiyyətdə təyyarə biletləri və digər məsələlərlə bağlı ehtimalların irəli sürülməsinə əsas yaranır”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ