SON DƏQİQƏ

ALABAŞ , ŞARİK...

Tarix:

28-03-2023, 11:45

/ 3 749 dəfə oxundu.
ALABAŞ , ŞARİK...

Hidayət Elvüsal
Bu yandan Rusiya , qabaq tərəfdən İran , ortadan Fransa , soldan ABŞ , sağdan Almaniya...tökülüb gəlib Ermənistana .
Haylar ruslara naz eləyib , deyir ki , səndən küsmüşəm , Azərbaycan məni Qarabağda mələdəndə yenə silah-sursat verdin , amma bu dəfə "soldat" göndərmədin . . Rusiya da deyir sənə bir gəlin otağı düzəldib vermişəm . Qarabağda nə atdırırsan ?
Haylar Fransaya şikayət eləyir :
-- Bacı , görürsən günümü ? Mənə polpostum deməyi bəs deyil , hələ bir minnət də qoyur .
İran deyir and olsun birinci xanım Məşədi Anna Melkumyanın mübarək qədəmlərinə , sən mənim fərəmsən , sən mənim cücəmsən , belə sən mənim kərtənkələmsən , gəl qucuma .
Alman polisi :
-- Molla kaput ! - deyə bağırıb , , Avropa Pul--lamentinə raport yazır . Onlar da öyrəncəli olublar , raportun arasında rüşvət görməyəndə dilxor olurlar .
ABŞ xəbər göndərir ki , məni unutma haaaaa ! Prezidentimiz qoca kişidi , birdən çaşıb açar arxivi , tökər zibili . İllər boyu dünyanı necə aldatdığını söyləyər . Qandın ?
Erməni o saat "ha" deyir . Bilir ki , "əzabkeş xalq"ın faşizanə xarakteri faş olsa daha ağlaya-ağlaya dünyanı gəzib , qapı-qapı dilənə bilməz .
Və...
Qonşuda bir qancıq var . Kürsəyə gəlib . Alabaş , Toplan , Şarik ... düşüb onun dalınca .
Nə küçüklər doğulacaq ?
Hamısı da qancığın balaları .
Çomağı yerə qoymayın !
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ