SON DƏQİQƏ

İP UCU

Tarix:

13-03-2023, 13:30

/ 2 942 dəfə oxundu.
İP UCU


Hər zad bir ip ucudur. 
Məsələn ulduz bir ip ucudur;
Yapışıb ışığına
  Baxışımdan dırmaşıram gözyaşıva. 
Ayrılıq səhnəsinə çatan filimə baxırsan, demək. 
Bu filmin ulduzu kim? 
Həyatda şair kimi zehinləri qatır bu sual! 

Hər zad bir ip ucudur. 
Məsələn, saçın bir ip ucudur. 
Saçıva ilişib, yola düşürəm. 
Otubusun pəncərəsindən baxıram. 
Yol nə qədər uzanmış ki ulduz bu qədər kiçilib?! 
Yaranıb yaratmaq kimi, zehnimizi qatır bu sual. 

Hər zad bir ip ucudur. 
Məsələn, yol bir ip ucudur. 
Yol məni aparıb, dolandırır.. , dolandırır.., 
Dolandırır.., 
Dolandırır.., 
video kasetinin navarı olur! 
Acıqlanıb, "-Kim bu filmi dalıya qaytarır deyirsən?”
Yaşamaq kimi, zehnivi qatır bu sual! 
Beş yaşındayam eləbil… 
Necə göyə nərdüvan qoyub, sevdiklərimə 
necə ulduz dərəcəyimi,  düşünürəm. 
Şeir kimi, zehnimi qatır bu sual! 

Acıqlanıb, "-Filmi qalan yerinə vur.” deyirsən
Vururam. 
Vaxsey, navar qırılır! 
Əzan verilir. 

Hər zad bir ip ucudur. 
Məsələn, əzan bir ip ucudur;
Əzan səsini eşidib, oyanıram. 
Mən nə qədər böyüsəm də, 
Hələ uşaq ölürəm! 
Ulduz yox, 
Mən yoxam, 
Sən varsan, 
Zehinlər qarışmayır artıq, 
Ölüm bir ip ucu isə… 
Şeir: Xosrov Barışan 
Tebriz
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ