SON DƏQİQƏ

SON DƏQİQƏ: Hərbiçimiz qətlə yetirildi

Tarix:

10-03-2023, 20:21

/ 2 954 dəfə oxundu.
SON DƏQİQƏ: Hərbiçimiz qətlə yetirildi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Elnur Ələsgər oğlu Məhərrəmov odlu silahdan açılmış atəş nəticəsində yaralanıb, təxliyə olunarkən yolda həyatını itirib.

Bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Bildirilib ki, fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir:

"İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ