SON DƏQİQƏ

ANALOQU OLMAYAN XƏYANƏT

Tarix:

8-03-2023, 22:06

/ 2 808 dəfə oxundu.
ANALOQU  OLMAYAN   XƏYANƏT

      ANALOQU  OLMAYAN   XƏYANƏT                                     AĞALAR İDRİSOĞLU

 

                                ( dramatik hekayə)

 

Onlar avtobusla  yaşadıqları ailəvi  yataqxanaya gəlirdilər. Artıq günəş qüruba enmiş, hava qaralırdı. İstirahət günü olduğundan avtobusda adam az idi.

Birinci qadın- Mən yataqxananın yanındakı dayanacaqda düşəcəm. Sən iki dayanacaq gedərsən, sonra düşərsən ki, bizi bir yerdə görməsinlər və heç nədən şübhələnməsinlər..

Birinci kişi- Yaxşı. Amma deyəsən mənim arvadım nə isə başa düşüb və şübhələnib. Son vaxtlar çox əsəbi olurdu. İndi axırıncı bir həftədir ki, köpü  yatıb...

Birinci qadın- Mənim ərim də deyəsən nədənsə şübhələnmişdi.  Mənimlə çox əsəbi danışırdı. Amma son vaxtlar o da  sakitləşib.

Birinci kişi- ( gülümsündü) – Bizim arvad da tam sakitləşib.

Birinci qadın- Biz gərək belə işi tutmayaydıq. Mən sənin arvadına "bacı” deyirdim. Sənin şirin dilinə aldandım... İndi bilmirəm ona nə deyim...

Birinci kişi- ( gülümsündü)- Nə istəyirsən de də... Elə yenə də "bacı” de ki, şübhələnməsin. Mən də sənin ərinə "qardaş” deyirəm... İndi bu "qardaş” sözünü daha şəstlə deyirəm...

Onlar susdular. Bir-birinə baxıb, gülümsündülər... Hər ikisi yorğun görünürdü...

Bu kişi ilə qadının gəldiyi avtobusun əks tərəfindən ailəvi yataqxanaya doğru bir avtobus da gəlirdi. Bu avtobusda da iki cavan qadın və kişi yan-yana  əyləşmişdilər. Onlar da yorğun idilər. Amma elə bil bir-birindən doymamış kimi  həsrətlə bir-birinə  baxır və xısın-xısın danışırdılar.

İkinci qadın- Yəqin indi onlar artıq qayıdıb gəliblər. Ərim şübhələnməsin deyə mən ona  demişəm ki, rəfiqəmgildəyəm, indi bir azdan gələcəm. Telefonu da söndürmüşəm ki, zəng edə bilməsin. Soruşsa deyəcəm ki,  telefonun  zaryatkası qurtarmışdı.

İkinci kişi- Yaxşı eləmisən. Sənin ağlına heyranam. Bu işi də çox ustalıqla düzüb-qoşdun...

İkinci qadın- Mən yataqxananın yanında düşəcəm. Sən gedib iki dayanacaq sonra düşərsən ki, bizi it-qurd görməsin,- deyə qadın kişinin əlini sıxdı.

İkinci kişi-Hə, düz deyirsən. Birdən gəlmiş olarlar, bizi bir yerdə  görməsinlər. Yataqxanadakı qadınlar da yəqin həyətdə oturublar... Gəlib- gedənə bir şəbədə qoşurlar...

İkinci qadın- Yaxşı ki, biz səninlə bu işi gördük. Yoxsa ürəyim partlayardı. Sənin arvadını və ərimi boğub öldürərdim. İndi artıq  rahatam... İndi kim nə deyir-desin, heç vecimə də deyil...

İkinci kişi- Hə. Mən də hər ikisini öldürə bilərdim. Sənin bu təklifin yaxşı oldu... İndi rahatam. Gec-tez də o qancığı  boşayacam...

İkinci qadın- Dəlisən. Niyə boşayırsan. Qoy onlar öz kefini çəksin, biz də öz kefimizi çəkək... Bu həyatda bir dəfə yaşayırıq...

İkinci kişi ona baxıb gülümsündu və  razılıqla başını yellədi.

... Yataqxanada yaşayan bu ailələr qonşu idilər. Bir mətbəxdə  yemək bişirirdilər və hətta bəzən bir yerdə də çörək yeyirdilər. Bir-birinə də "bacı-qardaş”, -deyə müraciət edirdilər. Hər birinin də iki məktəbli övladları vardı. Onlar da bir-birilə çox mehriban idilər...

Başları  macəralı "sevgi oyununa” qarışan, tərbiyəsiz hərəkət edən bu ailələrin gələcək taleyinin necə olacağını heç fələk də bilmirdi. Ulu Tanrı belə şeyləri gördükcə, bəlkə də Adəm və Həvvanı Yer kürəsinə göndərməkdə peşiman idi.  O, heyvan xislətində yaşayan bu adamların  murdar  əməlinə mat qalmışdı... Mat qalmışdı...

Ulu  Tanrının çaldığı həyəcan təbilindən, yaratdığı sunamilərdən, dəhşətli zəlzələlərdən,  çarəsi tapılmayan  xəstəliklərdən, qanlı müharibələrdən Yer kürəsində yaşayan və heyvani xislətlə ömür sürən belə adamlar hələ də heç nə başa düşmək istəmirlər... Təkcə başa düşmək  yox, hətta heç  nəyi dərk  eləmək belə istəmirlər... Deməli, dünyanın sonu artıq  yaxınlaşır...

Sumqayıt şəhəri

05 -16  fevral- 2023-cü il


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ