
"Binəqədi rayonu, S.S.Axundov küçəsi 3a ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb”.
Bunu xidmət rəsmisi Qafar Ağayev bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı ərazidəki ağacların torpaq mülkiyyətçisi Ulduz Quliyeva tərəfindən qanunsuz kəsildiyi müəyyən edilib:
"Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi ilə bağlı toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmək üçün hazırlanır”