SON DƏQİQƏ

Xalq artisti dəfn olundu

Tarix:

24-02-2023, 19:36

/ 3 582 dəfə oxundu.
Xalq artisti dəfn olundu

Tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov dəfn olunub.

Mərhum Yasamaldakı "Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vüqar Məmmədov, İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, nazirliyin digər əməkdaşları, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları iştirak ediblər.

 

Qeyd edək ki, Əli Rəhim oğlu Əsgərov 1961-ci il noyabrın 25-də Bakıda anadan olub. O, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. 1997-ci ildə Bakıda Bülbül adına Vokalçıların I Beynəlxalq Müsabiqəsinin "Qran Pri” mükafatçısı olub.

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2012-ci ildə Xalq artisti fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.

Allah rəhmət eləsin

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ