SON DƏQİQƏ
» » Türkiyədəki tələbələrlə bağlı xəbər var

Türkiyədəki tələbələrlə bağlı xəbər var

Tarix:

13-02-2023, 08:40

/ 2 312 dəfə oxundu.
Türkiyədəki tələbələrlə bağlı xəbər var

Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan tələbələrdən Hümam İsmayıllının əmisi Coşqun İsmayıllı deyib ki, tələbələrin əşyaları yavaş-yavaş dağıntılar altından çıxır: "Amma özlərinə hələ çatmayıblar”.

Tələbələrdən Şahin Vəliyevin keçmiş otaq yoldaşı Sahil Qurbanov isə bildirib ki, xilasedicilər ondan tələbələrin otağının harada yerləşməsini soruşublar. Onun sözlərinə görə, zəlzələ anında onların binadan qaçmağa çalışarkən pilləkənlərdə qalmaq ehtimalı da var.

Jurnalist Almaz Qasımova azərbaycanlı tələbələr olan binadan qadın və kişi cəsədləri çıxarıldığını yazıb. Cəsədlərin tələbələrə aid olmadığı deyilir.

Qeyd edək ki, Türkiyənin Malatya şəhərində 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin axtarışları zəlzələnin ilk günündən aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ