SON DƏQİQƏ

Gəl aldanma

Tarix:

3-02-2023, 11:24

/ 2 272 dəfə oxundu.
Gəl aldanma

Qələm dostumuz Çingiz Kürdəmirlinin " Qalıb mirasa " şeirinə nəzirə 

Qaşların mil qalxıb təpənə sarı
Kipriyin əyilib çəpərə sarı ,
Sinən böyüdülüb yəhərə sarı
Təbii gözəllik qalmayıb səndə,
Üzünə çəkilib elə bil rəndə.

Saçların qaynaqdır, darasan düşər,
Gözlərin qılınctək qəlbimi deşər.
Süni qidalardan dəyişib bəşər,
Artır məmləkətdə sayı biclərin,
Vəzifə sahibi olan giclərin.

Əskik olmaz sifətində boyağın,
Səni saxlayandı  arxan, dayağın 
Gör necə yekəlib dalın,  ayağın,
Mahnı qoşum,   denən sənin harana,
Gəl aldanma var-  dövlətə, parama.
Rauf İlyasoğlu,
3 fevral 2023.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ