SON DƏQİQƏ
» » Bu sürücülərin NƏZƏRİNƏ- Cərimələnə bilərsiniz

Bu sürücülərin NƏZƏRİNƏ- Cərimələnə bilərsiniz

Tarix:

30-01-2023, 11:54

/ 3 028 dəfə oxundu.
Bu sürücülərin NƏZƏRİNƏ- Cərimələnə bilərsiniz

Azərbaycanda avtomobillərdə istifadə olunan led işıqların qadağan olunması barədə məlumatlar dolaşır.

Bu barədə müzakirələr əsasən sosial şəbəkədə aparılır.

Yaranan çaşqınlıq həm sürücüləri, həm də led işıqlarının satışı ilə məşğul olan sahibkarları narahat edir. Sürücülər bu işıqlardan istifadə edəcəyi təqdirdə cərimələnəcəyindən ehtiyatlanır. Sahibkarlar isə belə bir durumda bizneslərinə zərbə ilə üzləşir.

Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla əlaqə şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, nəqliyyat vasitəsinin istehsalçı zavod tərəfindən xarici işıq cihazlarında led işıqlarının quraşdırılması nəzərdə tutulubsa, bu halda həmin nəqliyyat vasitəsinə led işıqlarının quraşdırılmasına icazə verilir:

"İstehsalçı zavod tərəfindən nəzərdə tutulmadıqda nəqliyyat vasitəsinə led işıqlarının quraşdırılması qadağandır və inzibati məsuliyyət yaradır. Əgər normativ tələblər pozularsa, İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsi ilə 150 manat cərimə tətbiq olunur".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ