SON DƏQİQƏ

Orxan Əsgərovla vida mərasimi keçirilir

Tarix:

30-01-2023, 11:30

/ 3 033 dəfə oxundu.
Orxan Əsgərovla vida mərasimi keçirilir

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi keçirilir.

Şəhidin cənazəsi Yeni Yasamalda vaxtilə yaşadığı evə gətirilib.

Vida mərasimində dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və O.Əsgərovun ailə üzvlər iştirak edir.

Mərasimdən sonra şəhidin nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.

Xatırladaq ki, ötən gün axşam şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə gətirilmişdi

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ