SON DƏQİQƏ

“GÜLÜSTAN” MÜQAVİLƏSİ

Tarix:

28-01-2023, 22:59

/ 2 780 dəfə oxundu.
“GÜLÜSTAN” MÜQAVİLƏSİ

HƏSƏNƏLİ  EYVAZLI

                                                                       Filologiya üzrə fəlsəfə doktoru, dosent,

                                şair-dramaturq


                            1813-cü ildə Rusiya ilə  İran arasında

                       bağlanan bədnam  "Gülüstan” müqaviləsi

                                                        Azərbaycanı iki yerə parçaladı.

 

         Bu nə damğadır belə tarixlərdə yaşayır,

         Bu nə tarixdir belə yaşayır zaman-zaman.

        Vuran biləklərimin qüvvəsini azaldıb,

         Vətənimi bölübdü, parçalayıb "Gülüstan”   

          

             Bir vətən göstərin ki, övladı yoxdur onun,

        Bir övlad göstərin ki, Vətənsiz doğulubdu.

               Neçə ildir yol gedir ayrılığın karvanı,

               Neçə il qan içində millətim boğulubdu.

         

Torpağım bölünübdü bir kağız parçasıyla,

Bir dəlinin atdığı daşa dönüb "Gülüstan”.

Vətən oğullarının qılıncından qan damıb,

Anaların gözündə yaşa dönüb "Gülüstan”.

 

Neçə-neçə insanın göz yaşı silinibdi,

Neçə-neçə ölkələr birləşib, qatılıbdı.

Bəs mənim harayımı kimsələr duymur niyə?

Dünyanın qulağı kar, gözləri tutulubdu.

 

Torpağıma,daşıma elə ox vurulub ki,

Neçə illər keçsə də, sağalmayır yarası.

Harda qalıb görəsən, bəs mənim yarım hanı,

Hələ də itkin düşüb ürəyimin parası?

       

                 "Gülüstan”dan başlanan bu yol yaman uzandı

                     "Türkmənçay”dan başlanan bu yol yaman  sərt olub.

                       Torpaqdan pay verilmir kimsələrə hədiyyə,

                       Bu ayrılıq, bu bölüm millətimə dərd olub.

 

   Sus ey acı fəryadım, sus ey dərdim, möhnətim

    Yalvarmaqla darıdan nəsə çıxmayacaqdır.

    O tay, bu tay kükrəyib, qalxmalıdır ayağa

    Yoxsa ki, dərdimizə kimsə baxmayacaqdır!..

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ