SON DƏQİQƏ
» » SON DƏQİQƏ: Səfirliyimizə hücum zamanı 1 nəfər öldü, 2 nəfər yaralandı

SON DƏQİQƏ: Səfirliyimizə hücum zamanı 1 nəfər öldü, 2 nəfər yaralandı

Tarix:

27-01-2023, 10:56

/ 2 030 dəfə oxundu.
SON DƏQİQƏ: Səfirliyimizə hücum zamanı 1 nəfər öldü, 2 nəfər yaralandı

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Allah şəhidimizə rəhmət eləsin!

скачать dle 12.1

Şərhlər