SON DƏQİQƏ

Vasif Talıbovun səhhəti pisləşdi

Tarix:

19-01-2023, 14:25

/ 3 035 dəfə oxundu.
Vasif Talıbovun səhhəti pisləşdi

Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən kənarlaşdırılan Vasif Talıbov evə qapanıb və heç bir yerə getmir.

GunAz.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq Ali Məclis sədrinə yaxın mənbələr bildirib.

Məlumata görə, şəkər xəstəliyindən əziyyət çəkən Vasif Talıbov üçün Bakıdan xüsusi həkim də Naxçıvana gedib.

Talıbovu müayinə edən həkimin 2 gün muxtar respublikada qaldığı deyilir.

Başqa bir məlumatda isə Talıbovun hər iki övladının - Rza və Seymurun onlara məxsus biznes strukturlarının satışına başladığı və buna görə bir neçə dəfə ölkədən xaricə çıxdıqları bildirilir

скачать dle 12.1

Şərhlər