SON DƏQİQƏ
» » Əsli Kazımova: "Siyasi sistemin təkmilləşməsi vacib məsələdir"

Əsli Kazımova: "Siyasi sistemin təkmilləşməsi vacib məsələdir"

Tarix:

14-01-2023, 12:11

/ 1 957 dəfə oxundu.
Əsli Kazımova: "Siyasi sistemin təkmilləşməsi vacib məsələdir"

"Siyasi partiyalar haqqında" yeni qanun bütövlükdə siyasi sistemin inkişafına müsbət təsir göstərəcək. Nəzərə alsaq ki, artıq qüvvədən düşmüş "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi, ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsini zərurətə çevirmişdi. Bu baxımdan da Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər və beləliklə də proses uğurla nəticələndi".

Bu fikirləri Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Milli Məclis tərəifndən ötən ilin dekabrın 16-da qəbul edilən, bu ilin yanvarın 11-də isə Prezident İlham Əliyev tərəfindən təsdiq olunan "Siyasi partiyalar haqqında" qanunla bağlı bildirib. Partiya sədri qeyd edib ki, yeni qəbul edilmiş  qanun 6 fəsil, 30 maddədən ibarətdir. "Bəlli olduğu kimi, Qanun layihəsinin hazırlanması zamanı bir sıra benəlxalq sənədlərə və nümunələrə müraciət və istinad olunub. Layihənin hazırlanmasında 24 ölkənin təcrübəsinə baxılıb. Eyni zamanda, siyasi partiyaların iştirakı ilə keçirilən dinləmələrdə və müzakirələrdə də təkliflər öyrənilib. Nəticədə 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif verilib. Milli Məclisdə komitə və plenar iclaslarda isə deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb", - deyən  Ə.Kazımova vurğulayıb ki, "Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib. Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb. Partiya sədri onu da vurğulayıb ki, yeni qanun bir sıra mütərəqqi müddəaları ilə də seçilir: "Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Eyni zamanda, dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir.
 
Yeni qanuna əsasən, Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı təsis yığıncağını keçirərək partiyanın nizamnaməsini və proqramını qəbul edə, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxsi müəyyən edə bilərlər. Eyni zamanda, siyasi partiya üzvlərinin reyestrini də aparacaq. Mövcud Qanuna görə dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılan vəsaitin 95 faizi Milli Məclisində təmsil olunan siyasi partiyalar, 5 faizi isə irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür. Ümumilikdə, mütərəqqi müddəalar qanunda yer almaqdadır. Qeyd etdiyim kimi, yeni qanunun məqsədi bu gün Azərbaycan cəmiyyətində mövcud olan siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi, onların cəmiyyətdə yerinin və rolunun müəyyən edilməsindən ibarətdir. Sənədin hazırlanması zamanı  Azərbaycanda mövcud siyasi sistemin bütün xüsusiyyətləri və Avropa dövlətlərinin bu sahədə təcrübəsi nəzərə alınıb. Eyni zamanda, beynəlxalq təşkilatların rəyləri də diqqət mərkəzində olub. Rəhbərlik etdiyim partiya da qanunla bağlı öz təkliflərini təqdim etmişdi. Müzakirələrin gedişində partiyaların bir çox təklifləri nəzərə alındı. Hesab edirəm ki, yeni qanun müasir dövrün tələblərinə cavab verir. Sənəd öz mükəmməlliyi ilə siyasi partiyaların fəaliyyətində müsbət rolunu oynayacaq".
 
Fəridə Qafarqızı
скачать dle 12.1

Şərhlər