SON DƏQİQƏ
» » Vasif Talıbovun qızı vəzifəsindən azad edildi

Vasif Talıbovun qızı vəzifəsindən azad edildi

Tarix:

12-01-2023, 10:38

/ 2 053 dəfə oxundu.
Vasif Talıbovun qızı vəzifəsindən azad edildi

"Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb.

Məlumata görə, indiyə qədər MŞ-ya sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub. Keçmiş sədr bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərək, onunla birlikdə Şurada həm də Rüfət Məmmədov üzv kimi təmsil olunacaq.

Bundan başqa, indiyə qədər Şuranın üzvləri olan Baharxanım Talıbova (Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) və Rifat Mahmudov da vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, "Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir. Onun nizamnamə kapitalı 94 milyon dollardır

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ