SON DƏQİQƏ

DGK işğaldan azad olunmuş ərazilərdə

Tarix:

31-12-2022, 19:35

/ 1 979 dəfə oxundu.
DGK işğaldan azad olunmuş ərazilərdə

Dövlət Gömrük Komitəsi işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini genişləndirə bilər.

Bunu İTV-yə açıqlamasında Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov deyib.

"Hazırda əməkdaşlarımız həmin ərazilərdə xidmət göstərir. Növbəti ildə infrastrukturumuzu da genişləndirəcəyik. Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərdə postlarda gömrükçülər Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə bərabər fəaliyyət həyata keçirirlər. Bununla yanaşı digər hissələrdə də dövlətimizin müəyyən etdiyi zamanda biz infrastruktur layihələrini reallaşdıracağıq”, - deyə Ş.Bağırov bildirib.

скачать dle 12.1

Şərhlər