SON DƏQİQƏ
» » Aksiya sülhməramlılar tərəfindən dağıdılır?

Aksiya sülhməramlılar tərəfindən dağıdılır?

Tarix:

13-12-2022, 12:06

/ 2 828 dəfə oxundu.
Aksiya sülhməramlılar tərəfindən dağıdılır?

Laçın yolunda keçirdiyimiz dinc aksiya davam edir. Sülhməramlılar adi qaydada dayanıb bizi seyr edirlər. Təhlükəsizliyimiz isə yüksək səviyyədə təmin edilir.

Bu sözləri Globalinfo.az-a hazırda Laçın yolunda keçirilən dinc aksiyada iştirak edən nəqliyyat eksperti Elməddin Muradlı deyib.

O bildirib ki, DİN əməkdaşlarının ərazidə olması aksiya iştirakçılarında ruh yüksəkliyi yaradır:

"Biz general Volkovla görüş tələb edirik. Az öncə sülhməramlılara üçtərəfli bəyanatın müddəalarını da xatırlatdıq ki, işlərini bilsinlər. Düzü, inanmırıq ki, onlar bizimlə konfliktə girsinlər. Özləri də görürlər ki, onların qarşısında Azərbaycan xalqı, polisi dayanıb.

Ermənilər deyirlər ki, guya sülhməramlılar aksiyanı saat 12:00-da dağıdacaqlar. Bu, mümkün deyil! Separatçılar torpaqlarımızda bizə qarşı yüzlərlə təxribat törədiblər. Sülhməramlılar hansı birinə müdaxilə ediblər?! Onların vəzifəsi sülh yaratmaqdır.

Biz hər an hər şeyə hazırıq! Bizə dəstək olan hər kəsə minnətdarıq! Sosial şəbəkələrdə də xalqımızın birliyini görüb daha da ruhlanırıq”.

Qeyd edək ki, Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən "Baqramyan 26” teleqram kanalı Rusiya sülhməramlılarının Laçın yolunda keçirilən dinc aksiyanı dağıtmağa hazırlaşdıqlarını iddia edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ