SON DƏQİQƏ

Teatrda nə baş verir?- Direktor açıqladı

Tarix:

8-12-2022, 19:26

/ 2 250 dəfə oxundu.
Teatrda nə baş verir?- Direktor açıqladı

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Mədəniyyət Nazirliyi tərəfindən teatrda aparılan yoxlamalara münasibət bildirib.

Bu barədə o, keçirdiyi mətbuat konfransında deyib.

 

Direktor bütün söz-söhbətlərin teatrın ötən il keçirilən 90 illik yubileyindən sonra yarandığını vurğulayıb.

Onun sözlərinə görə, yubiley günü nazirliyin sabiq birinci müavini Elnur Əliyevlə olan söhbətindən sonra teatr planı qaldırılıb:

"Bununla bağlı müraciət etdim və plan bir qədər aşağı salındı, yoxlamalar başladı. İki gün sonra Fərəh Acalova (nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri - red) görüşmək istədiyini bildirdi, amma etiraz etdim”.

R.Əhmədzadə bildirib ki, yoxlamalar başlayandan bir neçə gün sonra nazir Anar Kərimovla görüşüb:

"Əməkdaşların nazirlə görüşmək istəyini dedim. Haqsız olaraq teatrda korrupsiya faktlarının olması ilə bağlı söz-söhbətlər yayılıb. Belə bir şey ola bilməz. Baş verənlərdən anladım ki, burada ciddi oyun gedir. Kukla teatrında korrupsiya ola bilməz

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ