SON DƏQİQƏ

Asəf Zeynallının baxımsız məzarı

Tarix:

5-12-2022, 18:41

/ 2 828 dəfə oxundu.
Asəf Zeynallının baxımsız məzarı

Bir neçə gün əvvəl Yasamal qəbiristanlığında nakam bəstəkar Asəf Zeynallının qəbirüstü abidəsinin bərbad halı barədə və buradakı qüsurlar haqqında videomaterial hazırlanmışdı.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən qəti şəkildə bildirilib ki, qəbirüstü abidənin ucaldılması qurumun səlahiyyətləri xaricindədir. 

 

Bakı Şəhər İcra Hakimiyyətinin də mətbuat xidmətindən bildirilib ki, qəbiristanlıqlar onların balansında deyil. 

Yasamal Bələdiyyəsinin Bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin müdiri Rizvan Mahmudov Bizim.Media-ya açıqlamasında deyib ki, qəbiristanlıqda bütün məzarlar kimi Asəf Zeynallının da qəbri nəzarətdədir:

"Qəbiristanlıqda təmizlik işləri görülür, səliqə-sahman yaradılır. Asəf Zeynallının qəbirüstü abidəsinin üzlük daşı çat verib. Bunun da həllinə çalışacağıq”. 

Abidənin üzərində bəstəkarın adının səhv yazılması və bunun düzəldilməsi ilə bağlı suala gəlincə, bələdiyyə nümayəndəsi bildirib ki, abidənin bərpası və müəyyən dəyişikliklər üçün yuxarı instansiyalar tərəfindən məsləhət görülərsə, nəsə etmək olar:

"Bildiyiniz kimi bələdiyyə büdcəsini özü formalaşdırır. İndiki halda hansısa xərclərimizdən azaldaraq abidənin bərpası üçün əlimizdən gələni edəcəyik”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ