SON DƏQİQƏ

Şamaxıda müəllim şagirdi döyüb?- AÇIQLAMA

Tarix:

2-12-2022, 20:58

/ 2 202 dəfə oxundu.
Şamaxıda müəllim şagirdi döyüb?- AÇIQLAMA

Şamaxıda 7-ci sinif şagirdini döydüyü idda edilən tarix müəllimi Təranə Əsgərova hadisə barədə danışıb.

Şagirdi döydüyü iddia edilən müəllimə Təranə Əsgərova isə deyilənlərin yalan olduğunu bildirib.

O, şagirdinə qarşı şiddət göstərmədiyini dilə gətirib.

Məktəbli isə iddia edib ki, tənəffüs zamanı sinif yoldaşı ilə birlikdə sinifdəki şkafa girdiyinə görə döyülüb.

Hadisədən xəbər tutan şagirdin anası məktəbə gedib. Valideyn müəllimin üzr istəməsini tələb edib. İddia edilir ki, direktor otağında valideynlə müəllim arasında mübahisə yaşanıb.

Məsələylə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsi münasibət bildirib.

Bildirilib ki, təhsil ocağında baş verdiyi iddia edilən xoşagəlməz hadisənin təfərrüatlarına aydınlıq gətirildikdən sonra məsləyə hüquqi qiymət veriləcək

скачать dle 12.1

Şərhlər