SON DƏQİQƏ
» » Qətlə yetirilən idmançının atasından daha bir açıqlama

Qətlə yetirilən idmançının atasından daha bir açıqlama

Tarix:

29-11-2022, 20:59

/ 2 386 dəfə oxundu.
Qətlə yetirilən idmançının atasından daha bir açıqlama

Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilən XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun atası danışıb.

Baku TV-yə danışan mərhumun atası Zəka Rüstəmov, Turanın onun ikinci övladı olduğunu bildirib.

 

"8-9 ildir cüdo ilə məşğul olurdu. Dostları mənə deyib ki, yarışdan çıxdıqdan sonra yoldaşı ondan ayaqqabılarını istəyib. Turan ayaqyalın olduğu üçün ayağlarını stolun üzərinə qoyub. Qətlə yetirən şəxs Turana ayağını aşağı salmasını deyərək təhqir edib. Başına 3-4 bıçaq girib. Oğlumun başı deşik-deşik idi”, - deyə Z.Rüstəmov qeyd edib.

18:26

Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilən XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ailə yaxınları adından pul toplanmasına dair paylaşımlara qohumlarından reaksiya gəlib.

Turanın Oxu.Az-a açıqlama verən yaxınları bildiriblər ki, ailədən heç kimin maddi dəstəyə ehtiyacı yoxdur və bununla bağlı heç bir kampaniya başladılmayıb:

"Ailənin adından bir çox şəxslərə maddi durumun aşağı olması barədə mesajlar yazırlar. Pul istəyirlər. Turanın nə bacısının, nə də başqa bir ailə üzvünün maddi yardıma ehtiyacı var. Xahiş edirik, heç kim bu cür paylaşımlara aldanmasın. Həmin şəxslərlə bağlı aidiyyəti qurumlara da məlumat verilib. Onlar barəsində hüquqi müstəvidə ölçü götürüləcək”.

14:38

Bir neçə gün əvvəl Bakıda, Şağan Olimpiya Kompleksində baş verən qətl hadisəsi cəmiyyətdə geniş səs-küyə səbəb olub. 

Azxeber.com xəbər verir ki, 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Ruslan Səfixanovun Turan Rüstəmovu qətlə yetirməsi görüntüləri isə cəmiyyətdə ciddi etirazlara və qəzəbə səbəb olub. 

Hadisənin sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilməsi dələduzlar üçün yeni "gəlir qapısı” açıb. 

Bir qrup dələduz hadisədən təsirlənən sosial şəbəkə istifadəçilərinə mərhum Turan Rüstəmovun bacısı adı ilə yazaraq onlardan maddi yardımlar istəyir. Dələduzlar Turanın ailəsinin imkanı olmadığını və bunun üçün yardımlar topladıqlarını bildirirlər

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ