SON DƏQİQƏ
» » Cüdoçunu öldürən idmançının atası danışdı

Cüdoçunu öldürən idmançının atası danışdı

Tarix:

28-11-2022, 17:56

/ 3 046 dəfə oxundu.
Cüdoçunu öldürən idmançının atası danışdı

Sosial şəbəkələrdə yazırlar ki, guya mənim pulum çoxdur, oğlumu həbsdən yayındıracağam. Bir qisim insan da yazır ki, həyatını itirən uşağın atası məhkəmə işçisidir, oğlumun ağır cəza almasına çalışacaq. Əvvəla, onun atası taksi sürücüsüdür, mən də quru maaşa işləyən bir məşqçiyəm. Məşqçinin aylıq maaşdan başqa hansı imkanları ola bilər?!

Bu sözləri Globalinfo.az-a açıqlamasında Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında 16 yaşlı cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan idmançı Ruslan Səfixanovun atası, əməkdar məşqçi Elçin Səfixanov deyib.

O, hadisə zamanı özünün orada olmadığını bildirib:

"Oğlum həmin vaxt ora özündən aşağı yaş qruplarının yarışını izləməyə gedib. Özü dekabr ayında güləşəcəkdi. Kolbasa alıblar ki, oturub bir tikə yesinlər. Doğramaq üçün bıçaq olmayıb və gedib yaxınlıqdan 3 manata bıçaq alıb gətiriblər. Yedikdən sonra tələsib ki, getsin özündən kiçik olan dostunun yarışını izləsin. Deyilənə görə, yol istəyib, qarşı tərəf narazılıq edib və nəticədə əlbəyaxa olublar. Sonu da belə… Vallah, övladım olduğu üçün demirəm, Ruslan belə uşaq deyildi”.

E.Səfixanov mərhum yeniyetmənin ailəsi ilə görüşə bilmədiyini deyib:

"Çox istəyərəm, o ailə ilə görüşüm, amma indi bu, mümkün deyil. Kaş belə olmazdı. Allah şahiddir, bilsəm ki, mən ölsəm, onların övladları diriləcək, deyərəm, gəlin məni öldürün, təki övladınız geri qayıtsın. Kaş mən ölərdim, bu günü görməzdim. Elə bilirəm ki, mənim də oğlum ölüb. Bu mənim ailəmdə ola biləcək bir hal deyildi.

Hər iki gəncin həyatı puç oldu. Mənim də bir valideyn kimi arzularım var idi: oğlum akademiyada təhsil alırdı, sevinirdim ki, gələcəkdə güc strukturunda işləyəcək, dövlətə, xalqa faydası toxunacaq. Bütün arzularımı ürəyimdə saxladı. Elə qarşı tərəfin də bütün arzuları puç oldu. Kaş mən ölərdim, amma bu məqamı görməzdim. Bu qismətlə nə razılaşıram, nə də barışıram. Belə olmalı deyildi. O biri ailə indi hansı vəziyyətdədir, Allah bilir. Bu elə bir dərddir ki, izahı yoxdur. Mənim də, ölən uşağın valideynlərinin də bütün həyatı bitdi. Allah heç kimə bala dərdi verməsin. Arzularını üzərində qurduğun övlad belə edirsə, necə rahat yaşamaq olar? O mənim sonbeşiyim idi. Mən onu zülmlə, alın tərimlə böyütmüşəm”.

Elçin Səfixanov onun ailəsini sosial şəbəkələrdə təhqir edənlərə səslənib:

"Bizi təhqir edib, haqqımızda hər sözü yazırlar. Xahiş edirəm ki, məni də, ailəmi də soruşub, araşdırın. Görün bir insan bizim ailəmiz haqqında bir mənfi söz deyəcəkmi? Ömürboyu ailəmə halal çörək yedirmişəm. Bu hadisənin baş verməsi məni dərindən sarsıdırıb, hələ də özümə gələ bilmirəm

скачать dle 12.1

Şərhlər