Vüqar Əliheydər oğlu Əliyev bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib
Vüqar Əliyev əvvəl AZƏRTAC-ın ingilis dilli şöbəsində, daha sonra isə siyasət bölməsində məsul vəzifədə çalışıb.
Vüqar Əliyev son təyinatından öncə Azərbaycanın Birinci vitse-prezidentinin katibliyində çalışıb.
Qeyd edək ki, noyabrın 19-da AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad edilib.